Cümə Axşami, 28.03.2024, 18:45
İmaret Fan Page


Hal Hazirda Saytda 1
Qonaq 1
İstfadeci 0

«  Mart 2024  »
1ci2ci3cü4cü5ci6ci7ci
    123
45678910
11121314151617
18192021222324
25262728293031







   


[ Yeni Materiyal ]

1 2 3 ... 6 7 »

Qiyamət Günündə Allah(c.c.)ın Üzünə Baxmayacağı Kəslər

Hz.Əbu Hureyre radıyallahu ənh izah edir: "Rəsulullah əleyhissalatu vəssalam buyurdular:

"Üç adam vardır ki, Allah Qiyamət günündə onlarla nə danışar, nə onlara nəzər edər, nə də onları günahlarından təmizləyər, onlara əlim bir əzab vardır:

1- Səhrada, çox suyu olduğu halda ondan yolçuya verməyən kimsə. Qiyamət günü Allah onun qarşısına çıxıb: "Bu gün mən də səndən fzlımı (lütfümü) əsirgəyirəm, eynilə sənin (dünyada ikən) öz əlinin əsəri olmayan şeyin çoxunu əsirgədiyin kimi" deyər.

- İlkindi vaxtından sonra, bir mal satıb müştərisinə Allah Təalanın adını zikr edərək bunu bu bu qiymətlə al/götürmüşdüm deyə yalandan and içərək, həmsöhbətini inandıran və bu surətlə malını satan kimsə.

- Sırf dünyəvi bir mənfəət üçün bir imama beyət edən kimsə; belə ki, dünyalıqdan istədiklərini versə beyətində sadiqdir, verməzsə sadiq deyil." / Buxari, Şirb 2, Hiyel 12; Müslim, İman 173, (108); Əbu Davud, Cadu' 62, (3474, 3475); Nəsəs(n)i, Büyu', 6, (7, 247).

2- Hz. Əbu Zerr radıyallahu ənh izah edir: "Rəsulullah əleyhissalatu vəssalam: "Üç adam vardır, Qiyamət günündə Allah onlara nə danışar, nə nəzər edər nə də günahlardan təmizləyər, onlar üçün əlim bir əzab vardır!" buyurdu və bunu üç dəfə də təkrar etdi.

Mən: "Ey Allahın Elçisi! Elə isə onlar böyük zərərə və hüsrana uğramışlar. Kimdir bunlar?" dedim. Belə saydılar:

(Paltarını qürurla, yerlərə qədər salıb) süründürən...

Etdiyi yaxşılığı başa qaxan,

Malını yalan andlarla reklam edən kəslər!../ Müslim, İman 171, (106); Əbu Davud, Libas 28, (4087, 4088); Tirmizi, Büyu' 5, (1211); Nəsəs(n)i, Büyu' 5, (7, 245).

3- Hz. Əbu Hureyre radıyallahu ənh izah edir: "Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki:

"Üç adam vardır, Qiyamət günü Allah Təala həzrətləri onlara danışmaz, nəzər etməz, günahlardan da təmizləməz, onlara əlim bir əzab vardır:

- Zina edən yaşlı,

- Yalan danışan dövlət rəisi,

- Böyüklənən kasıb./ Müslim, İman 172, (107); Nəsəs(n)i, Zəkat 77, (5, 86).

Bölmə: | BAxilib: 3 | Müəllifi: ۞-EGOIST-۞ | Yerləşdirilib: 18.01.2011 | Şerhler (0)


Gözyaşları həsrət dolu sinələrə axan iztirab damlalarıdır.
Həsrət hicranla yanan ruhun içdən-içə sızlanışıdır. Ona nə qısır ifadələriylə dil nə də ən parlaq bəyanlar tərcüməçi ola bilər. Yalnız duyğulu bir könül həsrətin yanğısını bütünlüklə hiss edə bilər.
Hiss dolu bir könlün sahilini həsrət dalğaları insafsızca döyər və çırpınışlarında ruhdan bir parça qoparıb yeni hücumlara hazırlanarlar. İradəsi qüvvətli olanlar çəlikdən ruhlarıyla buna müqavimət göstərsələr də, zəif yaradılışlı olanlar, yavaş-yavaş əriyib gedərlər.

Ümidsiz gözləyişin hüsranı ruhlarda fırtınalar qoparar. Vüsalın şəfəqini gözləyən bir könüldə isə həsrət, ilıq bir məltəm kimi əsər və ülvi duqğuları cücərdər.
Bir də gerçəkdən könül veriləcək “Dilarə” tapmamış, ağılları və ruhlarıyla keçici ‐ fani məhbublara bağlananlar vardır ki, vəziyyətləri ürəkağrıdıcıdır.
Hər doğuş arxasında bir çox həsrət dolu könüllər buraxaraq qüruba meyl edir. O zaman ruh “Leyla” deyə arxasından qaçılan xəyalların yerinə “Mövla” deyib könlünü həqiqət əsintiləriylə dolduracaqdı.

Gözyaşları, həsrətin ən həzin tərcüməçisidir. Üfüqün arxasındakı məhbub üçün üfüqdə boğulan həsrət dolu gözlər dərin bir kədər içində hicrana gömülərlər. Belə ki, doğru olmayan bir yol ilə bir məqsədi təqib edən kimsə çox vaxt hədəfinin əksini şillə olaraq yeyər. Allah qəlbin batinini iman, mərifət və məhəbbət üçün yaratmışdır. Zahirini isə digər şeylər üçün hazırlamışdır. Cinayətkar ehtiras qəlbi deşər, bütləri içinə soxar. Bu isə qeyrətullaha toxunar və onu məqsədinin tərsi ilə cəzalandırar.
Qəlb platonik eşqlərin açdığı dərin yaraları müalicə üçün məcazi məhbublarla əlaqəsini kəsir; vicdan belə “müqəddəs” bir məhbubu axtararaq məcazi eşqi həqiqi eşqə inqilab etdirər:
Batmaqla itən bir məhbub gözəl deyildir. Çünki: “Zəvala məhkum olan həqiqi gözəl ola bilməz. Əbədi eşq üçün yaradılan və aynəl-Saməd (heç bir şeyə ehtiyacı olmayan, hər şeyimizlə ona möhtac olduğumuz zatın aynası) olan qəlb ilə sevilməz və sevilməməlidir!..”


Bölmə: | BAxilib: 2 | Müəllifi: ۞-EGOIST-۞ | Yerləşdirilib: 18.01.2011 | Şerhler (0)


Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, «Volkswagen Tiguan»ın platformasında yığılan maşın «böyük qardaşları» olan «Q7» və «Q5»dən balacadır. O, «BMW X1»ə rəqib sayılır.
Rəsmən təsdiqlənməmiş məlumata görə, «Q3» 2,0 litr həcmli benzin və eyni həcmli dizel mühərriklərilə buraxılacaq. Onun təqdimatının bu ilin payızında Frankfurtda keçiriləcək avtosalonda olacağı bildirilir.



Bölmə: | BAxilib: 1 | Müəllifi: ۞-EGOIST-۞ | Yerləşdirilib: 18.01.2011 | Şerhler (0)


Part 1

part 2

part 3


part 4

Bölmə: | BAxilib: 5 | Müəllifi: ۞-EGOIST-۞ | Yerləşdirilib: 11.08.2010 | Şerhler (0)


Bölmə: | BAxilib: 2 | Müəllifi: ۞-EGOIST-۞ | Yerləşdirilib: 11.08.2010 | Şerhler (0)

Bizim Sorğu

Neçe Yaşiniz Var??

1. 19-22 ??
2. 23-26 ??
3. 15-18 ??
4. 27-30 ??
5. 31-40 ??
6. 41-50 ??
Ümumi cavab: 21

Adminlər Heyyəti İmarət Fan Page